"Federasiya tərəfindən heç bir qərar qəbul edilməyib"

15 May 2020 19:02 Futzal 1 005
"Federasiya tərəfindən heç bir qərar qəbul edilməyib"

“Koronavirus (Covid-19) pandemiyasi ilə əlaqədar Operativ Qərargah tərəfindən idman zalları və stadionlar baglindigina görə martın 14-dən futzal üzrə liqalarda da fasilə yaranıb“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirib.

Qurum rəsmisinin dediyinə görə, bu məcburi fasilə müddətində federasiya mütəmadi olaraq klublarla əlaqə saxlayır, mövcud durumla bağlı müzakirələr aparır:

“Xüsusi karantin rejimində futzalcilar fərdi qaydada və evlərində mümkün qədər məşqlərini davam etdirdilər. Təbii ki, liqalarin bərpası üçün operativ qərargah tərəfindən zalların fəaliyyəti ilə bağlı qadağa aradan qaldırılmalıdır.

Cempionatın, eləcə də kubok oyunlarınin dayandırılması ilə bağlı federasiya tərəfindən heç bir qərar qəbul edilməyib. Əksinə, həm federasiya, həm də əksər klublar oyunların bərpa olunmasının, mövsümü idman mübarizəsi mühitində başa vurmasının tərəfdarıdır.

Bir sözlə, hamı yenidən idmana qayıtmaq, mübarizəni davam etdirmək istəyir. Zallarda da bunun üçün şərait var. Ona görə də federasiya olaraq qərargahın zallarla bagli qərarını gözləyirik“.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!