FIFA DÇ-nı təxirə saldı

12 May 2020 18:06 Futzal 625
FIFA DÇ-nı təxirə saldı

FIFA futzal üzrə dünya çempionatını təxirə salıb.

Sportinfo.az xəbər verir ki, mundial nəzərdə tutulduğu kimi Litvada olacaq. Bu il keçirilməsi planlaşdırılan yarış 2021-ci il 12 sentyabr - 3 oktyabrda baş tutacaq.

FIFA qadınlar arasında U-20 dünya çempionatının 20 yanvar - 6 fevral 2021-ci il Kosta Rika və Panamada təşkil olunacağını açıqlayıb.

U-17 qızlar arasında Hindistandakı mundial isə 2021-ci il fevralın 17-dən martın 7-dək baş tutacaq. Hər iki yarışda yaş limiti dəyişdirilməyəcək.

Xəbər Lenti