“Baku Fire” çempionu büdrətdi, “Neftçi”nin də üzü güldü

20 Oktyabr 2023 01:00 Futzal 990
“Baku Fire” çempionu büdrətdi, “Neftçi”nin də üzü güldü

Futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, günün ilk oyununda lider “Araz-Naxçıvan”la ən yaxın izləyicisi “Baku Fire” qarşılaşıblar.

Gərgin keçən ilk yarıda hesab sonuncu dəqiqədə açılıb. Amadeunun zərbəsi qarşısıalınmaz olub. İkinci hissəyə nominal qonaqlar qolla başlayıb.

Faiq Əliyev tablodakı rəqəmləri eyniləşdirib. Ancaq lider üstünlüyünü itirməyib və 30-cu dəqiqədə ikinci dəfə hesabı xeyrinə dəyişib.

Katatau fərqlənib. Ancaq məğlubiyyətlə barışmaq istəməyən “Baku Fire” 34-cü dəqiqədə status-kvonu bərpa edib.

Bu dəfə Tofiq Əliyev fərqlənib. Bu, oyunda vurulan sonuncu qol olub və qarşılaşma heç-heçə başa çatıb.

Günün ikinci oyununda 3 xalı “Neftçi” İK qazanıb. Paytaxt təmsilçisi rəqibindən 2 dəfə çox qol vurmaqla mövsümdə ilk qələsini rəsmiləşdirib.

Turun son dueli daha maraqlı və gərgin keçib. Matça yaxşı başlayan və 3 top fərqi ilə önə keçən U-19 fasiləyə qədər hesabı qoruya bilməyib.

İkinci hissədə də ilk qolu milli komandanın üzvləri vurub. Amma “Yasamal Bakı” oyunu əldən verəyib. 7:7 hesabı ilə başa çatan görüşdə xüsusilə də Rüstəm Bağırovun məhsuldar oyununu qeyd etmək yerinə düşər.

“Araz-Naxçıvan” – “Baku Fire” 2:2
Qollar: Amadeu, 19:07. Katatau, 29:25 – Faiq Əliyev, 24:56. Tofiq Əliyev, 33:15.
Hakimlər: Əli Cəbrayılov, Knyaz Əmiraslanov, Vüsal Balaşov.
Hakim-inspektor: Elçin Səmədli.
Bakı İdman Sarayı.

“Record” – “Neftçi” İK 3:6
Qollar: Mehdi Amiri, 5:08. Mojtaba Vali, 9:26; 34:17 – Mirzə Əmirov, 2:10; 11:40; 29:19. Vahib Xocayev, 3:43. Reza Abqoun, 6:07. Namiq Məmmədkərimov, 17:52.
Hakimlər: Hikmət Qafarlı, Nahid Xasıyev, Elgün Hüseynov.
Hakim-inspektor: Ramiz Əsədov.
Bakı İdman Sarayı.

U-19 – Yasamal Bakı 7:7
Qollar: Rüfət Məmmədli, 3:40. Bəyoğlan Vəlizadə, 8:26; 20:24. Qüdrət Qasımzadə, 10:34. İlham Alıyev, 12:17; 38:09. Oqtay Mahmudzadə, 27:09 – Fuad Məmmədzadə, 10:24. Rüstəm Bağırov, 13:58; 16:46; 19:16; 25:24; 26:06; 26:56.
Hakimlər: Xəlil Xəlilov, Hidayət Feyzullayev, Anar Fərəcov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Bakı İdman Sarayı.

Xal: Araz Naxçıvan – 7. Baku Fire – 5. Neftçi İK – 4. Yasamal Bakı – 4. U-19 – 2. Record – 1.

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU