Azərbaycan yığması “Day of children” turnirində yarışacaq

22 Noyabr 2018 09:36 Futzal 454
Azərbaycan yığması “Day of children” turnirində yarışacaq

Sportinfo.az xəbər verir ki, noyabrın 22-də İranın Gürgan şəhərində 15 yaşadək yunan-Roma güləşçiləri arasında “Day of children” turniri keçiriləcək.

Komanda yarışında ölkəmizi məşqçilər Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Fəraim Mustafayev (38 kq), Pərviz Dadaşov (41 kq), İsmayıl Rzayev, Tural Mehdiyev (hər ikisi 44 kq), Cavidan Məmmədli (48 kq), Elmir Əliyev (52 kq), Etibar Rzayev (57 kq), Kənan Abdullazadə, Fərid Zeynalabdinov (hər ikisi 62 kq), Ruslan Nurullayev (68 kq), Emil Ağayev (75 kq) və İbrahim Mehrəliyevdən (85 kq) ibarət kollektiv təmsil edəcək.

II dərəcəli beynəlxalq hakim Zaur Şərifov ənənəvi yarışda ədaləti qoruyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti