Gürcülər Azərbaycan yığmasını BİABIR ETDİ - 10 QOL!

12 Noyabr 2018 17:48 Futzal 848
Gürcülər Azərbaycan yığmasını BİABIR ETDİ - 10 QOL!

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Tiflis şəhərindəki “Olimpik Palace”-da komandamız gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Oyunda hesabı futzalçılarımız açsa da, üstünlüyünü qoruya bilməyib. Fasiləyə qədər rəqib 3 qol vurub.

Bir dəfə isə avtoqol qeydə alınıb və nəticədə komandamız fasiləyə minimalhesablı yenilgi ilə yollanıb. İkinci hissədə yorğunluq, eləcə də hakimlərin yanlış qərarları fərqin böyüməsinə səbəb olub.

Avropa çempionatının seçmə qrup mərhələsinin oyunları üçün Tiflisə gələn 19 yaşadək futbolçulardan ibarət yığma komandamız təmsilçimizi dəstəkləmək üçün “Olimpik Place”-da yer almışdı. Millimiz ilk oyunda bu rəqibinə 3:2 hesabıyla qalib gəlmişdi.

Gürcüstan - Azərbaycan 10:3

Qol: N. Klaratişvili, 08:00, D. Mageladze, 14:41, G. Glartadze, 17:52, 23:00, B. Bekauri, 22:17, L. Svanidze, 26:44, B. Claduneli, 28:11, G. Zunturov, 34:00, 38:50, 39:17 - K. Əsədli, 2:45, D. Mageladze, 17:42 (a/q), R. Rüstəmov, 27:37.

Qırmızı vərəqələr: N. Nadareişvili, 27:43 - V. Reznov, 27:43.

Hakimlər: Bakur Ninua, Levan Varamişvili, Quram Machitidze (Hamısı Gürcüstan).

Tbilisi. Olimpik Palace. Saat 13:00

Gürcüstan: 1. Tornik Bvalişvili (q, k), 3. Data Mageladze, 10. Geva Kosnadze, 11. Giorgi Zunturov, 17. Nika Nadareişvili, 12. Vasil Tskitişvili (q), 4. Beka Bekauri, 16. Roman Kuklianidze, 7. Giorge Glartadze, 77. Nika Klaratişvili, 9. Bakly Claduneli, 6. Saba Egristşvili, 8. Giorti Çadunili, 20. Levan Svanidze, 18. İrakli Qabiskiria, 23. Tornike Kenia (q).

Baş məşqçi: Avtandil Asatiani.

Azərbaycan: 1. Vladislav Reznov (q), 2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 6. Rauf Rüstəmov, 9. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 11. Sabir Həsənov, 13. Fuad Məmmədzadə, 14. Ceyhun Nuriyev, 15. Nicat Quluzadə.

Məşqçi: Ağatahir Əzimov.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti