19 yaşadək futzalçılardan ibarət Azərbaycan komandası ilk beynəlxalq yoldaşlıq oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, Tiflisdə Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 3:2 hesablı qələbə qazanıb.
Komandamızın qollarını Kənan Əsədli, İqbal Pənahov və Ceyhun Nuriyev vurub. Bu komandalar arasında növbəti oyun noyabrın 11-də, saat 13:00-da “Tbilisi Olimpic Palace”-da keçiriləcək.

