Futzal üzrə 19 yaşadək komandalar arasında Avropa çempionatının ilkin və əsas seçmə mərhələlərinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, əsas mərhələdən mübarizəyə başlayacaq yığmamız ilkin mərhələnin B qrupunun qalibi ilə yanaşı Sloveniya və Hollandiya komandaları ilə 2-ci qrupda yer alıb.
Qrup mərhələsinin oyunları 26-31 mart tarixlərində Sloveniyada keçiriləcək.

