Futzal üzrə Yüksək Liqada 7-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, birinci dövrənin son turuna debütantların dueli ilə start verilib.
Heyətin zəifləməsi “Xəzər Cənub”la oyunda “Liman”a böyükhesablı məğlubiyyət hesabına başa gəlib.
Mərkəzi oyun isə kifayət qədər gərgin keçib. EKOL-la qarşılaşmada hesabı “Araz” açıb. İkinci hissədə iki qol vuran EKOL bu üstünlüyünü sona qədər qoruya bilməyib.
Yekunda komandalar hərəyə bir xalla kifayətlənib. Bu, “Araz”ın cari mövsümdə ikinci xal itkisi ilə başa vurduğu qarşılaşma olub. EKOL isə ilk heç-heçəsi ilə barışıb.
Turun son matçı da maraqlı keçib. “Neftçi” fasiləyə hesabda üstün yollansa da, ikinci hissənin əvvəlində “Yasamal” FK bərabərliyi təmin edib. Ancaq daha təmkinli və dəqiq oynayan “Neftçi” yekunda qələbə qazanıb və zirvəyə yüksəlib.
Liman - Xəzər Cənub 4:12
Qol: Z. Nuruzadə, 17:47, 35:24, A. M.Osman, 39:35, 39:59 - Hadi Rezvan, 02:15, 06:26, 14:04, 26:35, Ş. Şahnazi, 06:58, 24:15, F. Mazahevi, 16:16, M. Pənahande, 16:57, M. Nasirzadegah, 23:12, 30:08, 31:07, A. Mikaili, 27:25.
Hakimlər: Elçin Məmmədov, Rahin Heybətov, Kənan Məlikov.
Bakı İdman Sarayı. Saat 12:30.
Araz - EKOL 2:2
Qol: X. Bağırov, 09:54, O. Rüstəmli, 37:43 - N. Məmmədkərimov, 22:53, S. Həmzəyev, 36:06.
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Anar Fərəcov.
Bakı İdman Sarayı. Saat 14:30.
Neftçi İK İB - Yasamal FK 5:4
Qol: V. Borisov, 09:40 (6 metr), R. Balakişiyev, 12:43, V. Xocayev, 21:00, H. Rza, 26:19, 32:10 - S. Əmini, 10:48, S. Jamali, 21:49, 24:29, H. Reza Bakhshi, 39:03.
Qırmızı vərəqə: S. Cavid, 11:46 (ikinci sarı).
Hakimlər: Hikmət Qafarlı, Fuad Həsənov, Elmir Quluzadə
Bakı İdman Sarayı. Saat 16:30.

