"Braziliyalıların olmaması çempionatı daha maraqlı edib"

30 Oktyabr 2018 18:48 Futzal 756
"Braziliyalıların olmaması çempionatı daha maraqlı edib"

Sabah "Araz" ilə vacib oyuna çıxacaq olan EKOL-un kapitanı Namiq Məmmədkərimov oyunla Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.

Sportinfo.az xəbər verir ki, komandanın "vuran ayağı" düşərgələrində oyun öncəsi vəziyyət yaxşı olduğunu bildirib:

"Heyətdə özümdə daxil olmaqla, zədəli futbolçularımız olsa da, artıq hamısı sağalıb və məşqlərdə var gücümüzlə iştirak edirik. Bu mövsüm braziliyalıların olmamağı çempionatı daha maraqlı edib.

Hər tur gərgin və maraqlı alınır. Bütün komandalar bir-birindən xal ala bilir. Sabah "Araz"ın heyətində legionerlərin olmaması daha maraqlı oyun vəd edir.

Ümumilikdə bu mövsüm çempionatda sürpriz çempion gözləmək olar. "Təcrübəli və "Araz"ın sabiq oyunçusu kimi deyə bilərəm ki, bu komandanın taktikasına müəyyən qədər bələdəm.

Ancaq bizim də sabahkı oyun üçün öz taktikamız olacaq. Meydandan qələbə ilə ayrılmağa çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti