Futzal klublarının UEFA Çempionlar liqasında mübarizəyə əsas mərhələdən qoşulan Azərbaycan təmsilçisi «Araz» bu dəfə Slovakiyanın Luçenets şəhərində 3 rəq ibi ilə yarışıb.
İlk görüşdə Litva çempionu “Vıtis”lə qarşılaşan təmsilçimiz 0:1 hesabı ilə məğlub olub.
Kollektiv turnirdə yeganə xalını Malta “Valletta”sı ilə oyunda əldə edərək heç-heçə edib – 1:1 (qol: Xətai Bağırov).
Son qarşılaşmasını ev sahibi “Luçenets”lə keçirən komanda 2:5 hesabı ilə (Nihad İsmayılov və Ramiz Çovdarov) uduzub və yarışı 3-cü yerdə başa vurub.
Növbəti mərhələyə Litvanın “Vıtis”i çıxıb. Naxçıvan təmsilçisi artıq 2-ci ildi ki, elit-raunda vəsiqə qazana bilmr.
Keçən yarışmada bəxtsizlik «Araz»a mane olmuşdusa, budəfəki turnirdə mübarizəni dayandırmağımızın başlıca səbəbi legionerlərdən imtinadı.
Joze Alesio da Silvanın baş məşqçisi olduğu 13 qat Azərbaycan çempionu braziliyalılar - Eduardo Borges, Everton Kardoso və Thiaqo Telez Bolinya, eləcə də iranlı Reza Toloue ilə vidalaşdı və yalnız yerli oyunçulara güvəndi. Onların nəyə «qadir oldğunu» isə Slovakiya səfəri göstərdi.
«Araz» de-fakto Zaur Axundova – futzal federasiyasının prezidentinə və «Keşlə»nin Müşahidə Şurasının sədrinə məxsusdu. Rəsmiyyətdə hər şey qardaşının adınadı, lakin klubdaxili bütün məsələlər onun nəzarətindədi.
Muxtar Respublikanın adından çıxış edən komandanın maliyyə vəziyyəti əvvəlkitək deyil – Axundovun maddi imkanlarının zəifləməsindən dolayı. Başı «Keşlə»yə qarışan Zaur bəy futzala daha qabaqkıtək diqqət göstərə bilmir.
Premyer Liqada sonuncu pilləyə yuvarlanmış klubun o qədər problemi var ki… O, öhdəsindən gəlməyə çətinlik çəkir. Düzdü, SOCAR «Keşlə»ni pulla təmin ndir, lakin əsas idarəçilikdi, bu da ki, faciəvidi.
Sabiq «bankirlər»in nəinki əsas komanlası, əvəzedici heyəti və akademiyası da qara gündədi. Burda təcili islahatların zamanı çatıb, di gəl, Axundovun buna gücü çatmır. Çünki təkbaşına qərar vermək səlahiyyəti yoxdu, gərək AFFA ilə məsləhətləşsin.
Federasiya rəhbərliyində isə biri onu istəyir, biri istəmir. Klubun yönəticiləri tərəfindən də sevilməyən Axundov bu müddətdə o qədər səhvə yol verib ki… Yığıb-yığışdırmaq müşkülə dönüb.
SPORTİNFO.AZ

