"Gücümüz çatmadı" - GÜNAHKARLARIN DİLİNDƏN ETİRAF

8 Oktyabr 2018 09:12 Futzal 559
"Gücümüz çatmadı" -  GÜNAHKARLARIN DİLİNDƏN ETİRAF

“Oyuna yaxşı başladıq.

Heyətlə bağlı problemimiz var idi, üç oyunçumuz cəza, biri isə zədə üzündən meydana çıxmamışdı”.

Sportinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan çempionu “Araz”ın oyunçusu Nihad İsmayılov Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin III turunun “Luçeneç”lə görüşündən (2:5) sonra Azərbaycan Futzal Federasiyasının saytına açıqlamasında deyib.

Onun fikrincə, bəxtləri gətirsəydi, üstün oynadıqları hər üç qarşılaşmada qələbə qazanardılar: “Əvvəlki oyunlarda meydanda az olsam da, bu dəfə ilk dəqiqələrdən komandama kömək etməyə çalışdım.

Bir neçə futzalçımız var ki, bu cür yarışlarda ilk dəfə iştirak edir. Bunu da nəzərə alsaq, birinci hissədə pis oynamadıq. Hətta avrokuboklarda ilk qolumu vurdum, bunun davamlı olmasını arzulayıram.

İkinci hissədə yorğunluq sözünü dedi. Əslində turnirə yaxşı hazırlaşmışdıq. Sadəcə, idman xoşbəxtliyi bu dəfə rəqiblərimizin tərəfində oldu".

"Araz" ÇL-in qrup mərhələsində 1 xalla qrupu 3-cü pillədə başa vurub və mübarizəni dayandırıb ."Araz"ın digər oyunçusu Samir Həmzəyev hesab edir ki, yaxşı başlanğıcın davamını gətirməyə gücümüz çatmayıb:

"Oyunçuların sayı az idi ki, nəticədə meydandakı futzalçılar yoruldu. Heyətimizdə gənc futzalçılar da var. Bir qədər ustalıq səviyyəsi istənilən səviyyədə deyildi.

Çünki bu komandada hər zaman legionerlər çıxış edib və onlar ustalıq səviyyəsinə görə seçiliblər. Bu dəfə həmin ustalıq səviyyəsi çatmadı. Nəticədə yaratdığımız qol epizodlarını realizə edə bilmədik”.

"Araz"ın futzalçısı Oktay Rüstəmli isə nəticənin üzücü olduğunu vurğulayıb: “Çətin vəziyyətdə idik. Uşaqların bir neçəsi məlum səbəblərdən meydana çıxa bilmədi.

Ona görə də meydanda olan oyunçulara çox yük düşdü. Yorulduq, ardıcıl qollar sayəsində qazandığımız üstünlüyü qoruya bilmədik.

Təsəvvür edin, rəqib dörd-dörd əvəzetmə edirdi, bizdə isə bir oyunçu çıxır, digəri daxil olurdu. Rəqibin say üstünlüyü hesaba təsir edən başlıca məqam idi.

Təbii ki, bu nəticə üzücüdü. Ardıcıl ikinci mövsümdü ki, elit-raunda yüksələ bilmirik. Turnir göstərdi ki, daha çox məşq etməli, çalışmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti