Azərbaycan çempionu ÇL-də mübarizəni dayandırdı - BİABIRÇILIQ!

7 Oktyabr 2018 09:26 Futzal 623
Azərbaycan çempionu ÇL-də mübarizəni dayandırdı - BİABIRÇILIQ!

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz” mübarizəni dayandırıb.

Sportinfo.az xəbər verir ki, əsas mərhələdə son oyununu keçirən Azərbaycan çempionu Slovakiyadan “Luçenec” ilə qarşılaşıb.

Görüş rəqibin 5:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz”ın qollarını Nihad İsmayılov və Ramiz Çovdarov vurub.

Digər oyunda Maltanın “Valletta” klubunu 5:0 hesabı ilə məğlub edən Litvanın “Vitis” komandası elit-raunda vəsiqə qazanıb.

"Araz" - "Luçenec" 2:5
Qol: N.İsmayılov, 5, R.Çovdarov, 6 - G.Robert, 19. A.Fehervari, 20; 34; 36. R.Kamara, 30.
Hakimlər: Sven Eichler (Almaniya), David Skaerli (İsveçrə), Kamil Çetin (Türkiyə).

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 1. Emin Kürdov (q), 8. Rizvan Fərzəliyev (k), 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Luçenec: 1. Oberman Riçard (q), 6. Atilla Fehervari (k), 10. Ribeyro Mateus Ferreyra, 13. Anton Brunovski, 14. Rikardo Kamara, 19. Mikus Peter (q), 9. Peter Petik, 12. Koçis Peter,15. Qreşko Robert, 17. Kuhaydik Yuray, 18. Hricov Adrian, 20. Klema Erik (q).
Baş məşqçi: Marian Berki.

Vitis – 9. Luçenec – 6. Araz – 1. Valletta – 1.

Digər Xəbərlər
Xəbər Lenti
30 May 03:00 Bunlar da boşandılar