"Araz" üçün ÇL-da formal oyun

6 Oktyabr 2018 16:48 Futzal 549
"Araz" üçün ÇL-da formal oyun

Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən "Araz" bu gün əsas mərhələdə son oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz Slovakiyanın “Luçeneç” komandası ilə qarşılaşacaq.

Oyunu Sven Eyxler (Almaniya), David Şerli (İsveçrə) və Kamil Çetin (Türkiyə) idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İlk iki oyunda “Vitis”ə (0:1) məğlub olub, “Valletta” ilə (1:1) heç-heçə edən komandamızın ehtiyatında 1 xal var.

“Valletta” ilə eyni xalı olan Azərbaycan çempionu turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. “Araz” elit-raunda çıxmaq şansını itirdiyindən “Luçeneç”lə qarşılaşma formal xarakter daşıyacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti