Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən “Araz”ın əsas mərhələdəki son oyununa təyinatlar açıqlanıb.
Sportinfo.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da “Luçenec”ə qarşı keçiriləcək oyunun birinci hakimi Sven Eicler (Almaniya), ikinci hakimi David Skaerli (İsveçrə), üçüncü hakimi isə Kamil Çetin (Türkiyə) olacaq.
“Araz” Çempionlar Liqasında keçirdiyi oyunların birində “Vitis”ə (Litva) uduzub, digərində isə “Valetta” (Malta) ilə heç-heçə edib.

