Azərbaycan çempionu azərbaycanlılarla qrupda qaldı

5 Oktyabr 2018 08:24 Futzal 572
Azərbaycan çempionu azərbaycanlılarla qrupda qaldı

“Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, ölkə çempionu Maltadan “Valletta” ilə qarşılaşıb.

Görüşdə hesabı Naxçıvan təmsilçisi açıb. Lakin ikinci yarıda Malta çempionu hesaba tarazlıq gətirə bilib. Matçda başqa qol qeydə alınmayınca, tərəflər heç-heçə ilk kifayətlənməli olublar.

Günün ikinci oyununda Slovakiyanın “Luçeneç”i klubu Litva “Vitis”i ilə üz-üzə gəlib. Görüş “Vitis”in 3:2 hesablı qələbəsi ilə başa çatıb.

İlk turda Azərbaycan çempionu “Araz”ı 1:0 hesabı ilə məğlub edən Kaunas təmsilçisi bununla qrup qalibi kimi elit-raunda yeganə vəsiqənin sahibi olub.

Araz (Azərbaycan) - Valletta (Malta) 1:1
Qol: Xətai Bağırov, 3 - D.Di Mayo, 29.
Hakimlər: Sven Eicler (Almaniya), Kamil Çetin (Türkiyə), İvan Şabanov (Rusiya)

Valletta: 1. Tornike Bukia (q), 4. Şota Çanukvadze, 8. Melvin Borg (k), 10. Gia Nikvaşvili, 17. Camilo Qomes, 12. Brandon Debono (q), 5. Yoviça Miliyiç, 20. Vella Stefan (q), 6. Redeemer Borg, 9. Daniel Saliba, 11. Dilan Musu, 14. Şaun Vella, 18. Mohammed Elemari, 19. Denis Di Mayo.
Baş məşqçi: Xavyer Saliba.

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 15. Adəm Həbibov, 1. Emin Kürdov (q), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 17. İsa Atayev, 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio Da Silva.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti