Zaur Axundov komandasına görə heç utanırmı?

4 Oktyabr 2018 00:30 Futzal 713
Zaur Axundov komandasına görə heç utanırmı?

"Araz” futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, VIII qrupda yer alan Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena”da Litva çempionu "Vytis” ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan təmsilçisinin minimal hesablı məğlubiyyəti ilə başa çatıb - 0:1. "Araz” oktyabrın 4-də "Valletta” (Malta), iki gün sonra "Luçenec”lə (Slovakiya) qarşılaşacaq.

"Araz” (Azərbaycan) - "Vytis” (Litva) 0:1

Qol: Rafa, 26.

Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya), David Şaerli (İsveçrə)

Araz: 12. Rövşən Hüseynli (q), 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 1. Emin Kürdov (q), 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Vitis: 2. Rodrigues Vosilly Alves (q), 6. Medeiros Rodrigues Rafael, 11. De Lima Soares Aleksander, 12. Kleber Lima Santos Ericson, 16. Sezar Vieira Dos Santos İsaak, 1. Micels Tomas (q), 7. Genigle Delmiro Lima, 9. Zagurskas Justins (k), 10. Jeremejev Jurij, 14. De Souza Matsumoto Luiz Henrique, 15. Arsenyj Buinicky, 17. Barbosa Dos Santos Vagner, 18. Sendzikas Lukas, 20. Albert Voskunoviç.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti