Naxçıvan klubu Çempionlar Liqasında “Vitis"ə qarşı - BU GÜN

3 Oktyabr 2018 17:00 Futzal 560
Naxçıvan klubu Çempionlar Liqasında “Vitis"ə qarşı - BU GÜN

“Araz” futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, VIII qrupda yer alan Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Slovakiyanın Luçenets şəhərindəki “Sportova Hala Arena”da Litva çempionu “Vitis”lə qarşılaşacaq.

“Araz” oktyabrın 4-də “Valletta” (Malta), 2 gün sonra “Luçenec”lə (Slovakiya) üz-üzə gələcək. Qrupun oyunları Slovakiyada “Sportova hala Arena”da keçiriləcək.

17:30. “Araz” (Azərbaycan) - “Vitis” (Litva)

Hakimlər: İvan Şabanov (Rusiya), Sven Eiçler (Almaniya) və David Şaerli (İsveçrə)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti