Futzal üzrə Azərbaycan Yüksək Liqasının III turunda ata və oğul eyni komandanın heyətində meydana çıxıb.
Sportinfo.az xəbər verir ki, maraqlı hadisə “Yasamal” İSK – “Araz” oyununda baş verib.
Yasamal təmsilçisinin əvvəlki matçına sırf baş məşqçi kimi çıxan Mahir Eyniyev bu dəfə oynayan-məşqçi kimi komandasına kömək etməyə çalışıb.
Belədə oğlu Məhəmməd Eyniyevlə eyni anda meydanda olub. Görüş “Araz”ın 13:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Eyni hadisə ötən mövsümdə də baş verib. “Yasamal-2”də çıxış edən Rüfət Hüseynovla U-17-nin üzvü olan oğlu Tofiq Hüseynov rəqib olublar.

