Prezident komanda üzvlərini bir otağa yığdı və… - FOTO

2 Oktyabr 2018 09:12 Futzal 725
Prezident komanda üzvlərini bir otağa yığdı və… - FOTO

Azərbaycan Futzal Federasiyasının (AFF) prezidenti Zaur Axundov Bakı İdman Sarayında Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Araz”ın üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, AFF prezidenti komandanın hazırlıq durumu ilə maraqlanıb və əsas seçmə mərhələdə Slovakiyada keçiriləcək qrup oyunlarında komandaya uğurlar arzulayıb.

Baş məşqçi Joze Alesio Da Silva isə komandanın oyunlara hazır olduğunu, məqsədə nail olmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.

“Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 3-də Litvanın “Vytis”, ertəsi gün Maltanın “Valletta” komandası ilə qarşılaşacaq.

Kollektiv qrupda son oyun meydan sahibi “Luçence”yə qarşı keçiriləcək. Həmin qarşılaşma oktyabrın 6-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti