Azərbaycan klubu ÇL üçün iştirak ərizəsini açıqladı

29 Sentyabr 2018 17:24 Futzal 648
Azərbaycan klubu ÇL üçün iştirak ərizəsini açıqladı

Azərbaycanı futzal üzrə Çempionlar Liqasında təmsil edəcək “Araz” oyunçularının ilkin siyahısını UEFA-ya göndərib.

Sportinfo.az xəbər verir ki, baş məşqçi Joze Alesio Da Silva siyahıya 16 futzalçının adını daxil edib, 3-ü qapıçıdı:

Qapıçılar: 12. Rövşən Hüseynli, 1. Emin Kürdov, 16. Vladislav Reznov

Oyunçular: 17. İsa Atayev, 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev, 15. Adəm Həbibov, 19. Samir Həmzəyev, 3. Ruzigar İbrahimzadə, 14. Elşən İbramxəlilov, 2. Adil İsmayılov, 10. Nihad İsmayılov, 20. Kənan Manafov, 13. Emin Mikayılov, 9. Oktay Rüstəmli

Əsas qrup mərhələsində "Araz" Slovakiyada meydan sahibləri ilə bərabər, Litva və Malta çempionuna qarşı mübarizə aparacaq.

Oktyabrın 3-də rəqib Litvanın "Vıtis", oktyabrın 4-də Maltanın "Valletta", oktyabrın 6-da isə Slovakiyanın "Luçenets" komandaları olacaq.

İlk 2 görüş Bakı vaxtı ilə saat 17:30-da, sonuncu saat 20:00-da başlanacaq. Görüşlər "Sportova hala Arena"da təşkil olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti