Futzal üzrə Yüksək Liqada 3-cü turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, turun açılış oyununda son çempion “Araz”la debütant “Yasamal” İSK qarşılaşıb.
Oyun təcrübəli “Araz”ın böyükhesablı qələbəsi ilə başa çatıb. Bu dəfə “Liman”la qarşılaşan “Neftçi” növbəti 3 xalını qazanıb.
Ardıcıl üçüncü qələbəsini əldə edən paytaxt təmsilçisi zirvədəki mövqeyini qoruyub. Sonuncu oyun daha gərgin keçib.
EKOL “Xəzər Cənub”la görüşdə fasiləyə hesabda üstün yollansa da, ikinci hissənin gedişində rəqibin tarazlıq yaratmasına mane ola bilməyib. Amma sona 2 dəqiqə qalmış EKOL qələbə topunu vurub.
Yasamal İSK – Araz 1:13
Qol: V. Cəfərov, 30:07 - İ. Atayev, 0:22, 2:04, 14:54, O. Rüstəmli, 3:42, 26:41, E. Mikayılov, 16:47, 24:24, A. İsmayılov, 20:32, 34:32 (6 m), 38:45, K. Manafov, 22:18, N. İsmayılov, 37:17, A. Həbibov, 39:20.
Hakimlər: Anar Fərəcov, Azad Hüseynov, Kənan Məlikov.
Olimpik Star. Saat 11:30.
Liman – Neftçi İK 2:5
Qol: A. Qarani, 19:51, H. Fathizade, 37:23 // S. Mohammad Musəvi, 06:25 (a/q), V. Xocayev, 17:43, R. Balakişiyev, 23:25, H. Abdollahi, 24:44, Ə. Əjdərov, 39:57.
İstifadə edilməmiş penalti: H. Fathizade, 14:27.
Hakimlər: Elçin Məmmədov, Ramiz Məhərrəmov, Rahin Heybətov
Bakı İdman Sarayı. Saat 18:25.
Xəzər Cənub - EKOL 3:4
Qol: H. Rezvan, 15:55, A.Mikaili, 27:01, 30:06 // Ə. Abasov, 06:47, N. Məmmədkərimov, 10:43, F. Atakişiyev, 22:01, S. Məstiyev, 37:09.
Hakimlər: Elçin Məmmədov, Rahin Heybətov, Ramiz Məhərrəmov.
Bakı İdman Sarayı. Saat 20:30.

