Bakı İdman Sarayında futzal üzrə Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, qarşılaşma rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində Xətai Bağırov fərqlənib. Qazaxıstan millisinin baş məşqçisi Rikardo Kaka deyib: "Uzun fasilədən sonra Bakıda olmaqdan məmnunam. Dostlarımı gördüm, oynadığımız illəri xatırladıq, dəyişikliklərlə tanış oldum.
Yoldaşlıq oyunu keçirməyə ehtiyacımız var idi. Çünki bizə əldə edəcəyimiz nəticə yox, heyətə yeni dəvət etdiyim futzalçıları yoxlamaq lazım idi.
Oyundan razı qaldım. Heç bir komanda bir-birinə güzəşt etmədi. Milliniz məğlub olsa da, xoş təəssürat yaratdı”.

