Yüksək Liqada bir oyunun keçirilmə yeri dəyişdirildi

24 Sentyabr 2018 00:10 Futzal 550
Yüksək Liqada bir oyunun keçirilmə yeri dəyişdirildi

Futzal üzrə Yüksək Liqada 3-cü tur çərçivəsində keçiriləcək bir oyunun məkanı dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, sentyabrın 26-da, saat 11:00-da keçiriləcək “Yasamal” İSK – “Araz” oyunu əvvəlcədən nəzərdə tutulduğu Bakı İdman Sarayında yox, “Olimpik Star”da baş tutacaq.

Turun digər iki oyununun məkanı isə Bakı İdman Sarayı olacaq. Saat 18:30-da “Liman” – “Neftçi” İK, saat 20:30-da isə “Xəzər Cənub” – EKOL matçına start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti