“Neftçi”nin işi asan oldu

21 Sentyabr 2018 08:24 Futzal 645
“Neftçi”nin işi asan oldu

Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2-ci turunun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, “Neftçi” debütant “Yasamal İSK” ilə oyunda asan qələbə qazanıb.

Turun ikinci oyunu gərgin keçib. Mövsümdə ilk oyununa çıxan EKOL çempionla dueldən 1 xalla ayrılmış “Yasamal” FK ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada qələbəni EKOL qazanıb.

Tura “Araz” - “Xəzər Cənub” qarşılaşması ilə yekun vurulub. Maraqlı, bir o qədər də gərgin keçən duelin qalibi son çempion olub. “Araz” birinci hissədə vurduğu yeganə qol sayəsində mövsümdə ilk qələbəsini aktivinə yazdırıb.

Neftçi İK - Yasamal İSK 10:2
Qol: V. Borisov, 1:26, 2:27, 32:41, H. Rza, 4:20, 5:37, Ə. Əjdərov, 5:15, 10:56, H. Abdollahi, 13:34, R. Balakişiyev, 14:27, T. İsmayılov, 39:10 - V. Cəfərov, 34:36, 37:28.
Hakimlər: Yusif Nurullayev, Azər Əsgərov, Anar Fərəcov.
Bakı İdman Sarayı. Saat 12.30.

EKOL - Yasamal FK 4:3
Qol: N. Məmmədkərimov, 9:18, 30:18, R. Əhmədov, 17:21 (10 m.), S. Həmzəyev, 37:17 // S. Amani, 3:37, S. Cavid, 24:15, S. Jamali, 33:09.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Əli Cəbrayılov.
Bakı İdman Sarayı. Saat 14.30.

Araz – Xəzər Cənub 1:0
Qol: O. Rüstəmli, 12:11.
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16.30.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti