"O, komandaya sponsorların cəlb edilməsinə çalışır"

18 Sentyabr 2018 11:48 Futzal 646
"O, komandaya sponsorların cəlb edilməsinə çalışır"

Sportinfo.az xəbər verir ki, futzal üzrə İkinci Liqada yeni mövsüm start götürüb.

İştirakçıların əksəriyyətinin yeni komandalar olduğunu nəzər alsaq, maraqlı oyunların baş tutduğunu vurğulamalıyıq.

Xüsusilə də “Baku Fire-2” – “Borçalı” FK qarşılaşması dramatikliyi ilə yadda qaldı. Oyunun başa çatmasına 30 saniyə qalmış 3:2 hesabı ilə öndə olan debütant 20 saniyə ərzində 2 top buraxmaqla xalsız qaldı.

Oyun ərzində azarkeş dəstəyinə görə xüsusi seçilən komandanın baş məşqçisi Vüsal Mustafayev qarşılaşma başa çatdıqdan sonra federasiyanın mətbuat xidmətinə qısa müsahibə verib.


- Futzaldan əvvəl Mini-Futbol Assosiasiyasının təşkil etdiyi yarışda iştirk etdik. Sonra qərara gəldik ki, futzal üzrə ölkə çempionatının İkinci Liqasında gücümüzü sınadıq. Bütün yarışlarda gözlənildiyi kimi, birinci oyunlar hər zaman çətin, gərgin keçir. Bunun bir daha şahidi olduq. Məğlub olsaq da, komandanın oyununu qənaətbəxş hesab etmək olar. Gələcək oyunlarda yüksək nəticələr qazanacağımıza ümid edirik.

Sona 20 saniyə qalmış qələbəni əldən verməyinizi təcrübəsizliyə bağlamaq olarmı?
- Razıyam. “Bakı Fire” futzal yarışında iki komanda ilə çıxış edir. Güclüləri Birinci Liqada, ikinci komandaları isə İkinci Liqada oynayır. Təcrübəli, oturuşmuş heyətə malik olduqlarını bilirdik. Bu amil sona 20 saniyə qalmış qələbəni əldən verməyimizə səbəb oldu.

Planlar necədi? Addım-addım yüksəlmək, yoxsa İkinci Liqada qalıcı olmaq?
- Təbii ki, hədəflərimiz, məqsədlərimiz var. Pillə-pillə yüksəlməyi fikirləşirik. Bunu gələcək göstərəcək.

Bu gün kifayət qədər dəstək var idi komandanıza. Heyəti necə, Borçalıdan olanlardan formalaşdırmısınız?
- Demək olar, oyunçularımızın hamısı Gürcüstanda yaşayan azərbaycanlılarla bağlıdırlar. Bu gün komandamıza dəstək var idi və meydanda olanda bunu hiss etdik. Tədricən bu dəstəyin artacağına ümid edirəm.

Bayaq pillə-pillə yüksəlməyi düşündüyünüzü dediniz. Bunun üçün maliyyə dayaqları da artmalıdı. Bu sahədə necə, işlər görülür?
- Komandanın qurucusu Zöhrab müəllim sponsorların cəlb edilməsinə çalışır. Bu səylərin yaxın gələcəkdə bəhrəsini görəcəyik.

Demək olar, İkinci Liqada çıxış edən əksər komandaların oyununu izlədiniz. “Dişi”nizə görədi?
- Güclü rəqiblər var. Amma səviyyə lap yüksək də deyil. Mübarizə aparacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti