Millimizin sabiq oyunçusu yığmada

15 Sentyabr 2018 17:22 Futzal 732
Millimizin sabiq oyunçusu yığmada

Futzal üzrə Azərbaycan millisinin sabiq oyunçusu Kaka Qazaxıstan yığmasının “sükanı arxası”na keçəcək. Sportinfo xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan mətbuatı yayıb.

41 yaşlı mütəxəssis əvvəllər futzal üzrə milli komandamızın şərəfini qoruyub. O, “Neftçi”də baş məşqçi vəzifəsini daşımaqla yanaşı, U-21 yığmamızı da çalışdırıb. Kakanın çalışdırdığı son klub Rusiyanın “Qazprom-Yuqra” komandası olub.

Qeyd edək ki, Kakanın köməkçisi Ukrayna yığmasının sabiq ulduz futzalçısı Sergey Koridzenin olacağı bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti