Debütantlar xal qazana bilmədi

15 Sentyabr 2018 10:02 Futzal 496
Debütantlar xal qazana bilmədi

Bu gün Birinci Liqada 2018-2019-cu il mövsümünə start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə I turun 4 oyunu keçirilib.

Bakı İdman Sarayında keçirilmiş mövsümün açılış qarşılaşmasında Yasamal FK-B debütantı xalsız qoyub. Green Log isə Füzuli-ni böyükhesabla yenib. Yalnız üçüncü oyunda protokolda qonaq kimi qeyd edilən komanda qələbə sevinci yaşayıb. Baku Fans Ulduz-dan güclü olub. Günün son duelində təcrübəli Standard debütantlardan olan Zəngilan-la münasibətinə aydınlıq gətirib. Üç xalı Birinci Liqanın təcrübəli komandası qazanıb.

Yasamal FK-B – Absheron FK 8:5

Green Log - Fuzuli FK 15:4

Ulduz - Baku Fans 1:7

Standard – Zəngilan FK 6:2

Turun qalan oyunları sentyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək.

Saat 18:00 AZMIU – ADBTİA

Hakimlər: Hikmət Qafarlı, Ramil Namazov

Hakim-inspektor: Aydın Gözəlov

Saat 19.00 Sovetski FK - Şərq

Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı

Hakim-inspektor: Aydın Gözəlov

Saat 20:00 Cinar Cəbrayıl - U-19

Hakimlər: İnqilab Məmmədov, Əli Cəbrayılov

Hakim-inspektor: Əliəvəz Cabbarov

Saat 21:00 Metropoliten - Baku Fire

Hakimlər: Əli Cəbrayılov, İnqilab Məmmədov

Hakim-inspektor: Əliəvəz Cabbarov

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti