Sultanov vurdu, Ermənistan komandasını darmadağın etdik - FOTOLAR

13 Sentyabr 2018 11:36 Futzal 761
Sultanov vurdu, Ermənistan komandasını darmadağın etdik - FOTOLAR

Belarusun Brest şəhərində gömrük xidmətləri arasında keçirilən 12-ci beynəlxalq mini-futbol turnirində Azərbaycan gömrükçülərinin növbəti görüşü Ermənistan komandası ilə baş tutub.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

Bu barədə Sportinfo.az-a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Qollardan ikisini Renat Sultanov vurub. Kamil Hacıyev və Samir Məmmədov isə rəqib qapısından hərəyə bir top keçirib. Bununla da komandamız turnirdə ilk qələbəsini qazanıb.

Azərbaycan gömrükçüləri bundan öncəki oyunlarda uğur qazana bilməyib. Sentyabrın 10-da Rusiya, sentyabrın 11-də isə Belarus komandası ilə görüşlərin hər birində komandamız 1:2 hesabı ilə məğlub olub.

Gömrükçülərimiz növbəti görüşləri sentyabrın 13-də Ukrayna, sentyabrın 14-də isə Belarus komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə - Azərbaycan, Belarus, Ukrayna, Rusiya və Ermənistan komandaları qatılıb. Yarışda Belarusdan iki komanda daxil olmaqla, cəmi 6 komanda iştirak edir. Sentyabrın 10-dan start götürən yarışa ayın 14-də yekun vurulacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti