Roberto Karlos karyerasını 45 yaşında bərpa etdi, futzala keçdi

13 Sentyabr 2018 08:12 Futzal 509
Roberto Karlos karyerasını 45 yaşında bərpa etdi, futzala keçdi

Braziliya millisinin sabiq futbolçusu Roberto Karlos futzalda karyerasını bərpa edib.

Sportinfo.az xəbər verir ki, 45 yaşlı sabiq müdafiəçi Yaponiyanın "İnkişaf" klubunun heyətinə cəlb olunub.

O, yeni klubunun heyətində "Voskuope Senday" ilə matçda 2 qola imza atıb. Qarşılaşma Karlosun komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Sabiq oyunçunun debüt oyununu, təxminən, 3015 azarkeş izləyib. R.Karlos karyerası ərzində İtaliyanın "İnter", İspaniyanın "Real Madrid" və Türkiyənin "Fənərbağça" klublarının formasını geyinib. O, 1992-ci ildən 2006-cı ilə qədər Braziliya millisinin şərəfini qoruyub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti