ŞOK! UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

23 Yanvar 18:00 Futzal 553
ŞOK! UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi ötən il dekabrın 15-də futzal üzrə DÇ-2024-ün elit mərhələsində keçirilmiş Azərbaycan – Rumıniya oyununun nəticəsini (5:5) ləğv edib.

Azərbaycan Futzal Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.

Buna səbəb qeyd olunan oyun zamanı yığmanın UEFA İntizam Qaydasını pozmasıdır.

Komandamızın yer aldığı A qrupunda bu sanksiya millimizdən əvvəl 2 dəfə Rumıniya yığmasına tətbiq olunub.

Belə ki, Niderland kollektivinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adıçəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"