Millimiz Bakıda Niderlandı darmadağın etdi

20 Sentyabr 2023 20:20 Futzal 607
Millimiz Bakıda Niderlandı darmadağın etdi

Azərbaycanın futzal millisi dünya çempionatının elit mərhələsindəki ikinci oyununda qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Niderland seçməsini 6:1 hesabı ilə üstələyib.

Azərbaycan komandasında qolları Rafael Vilela (2), Everton Kardoso, Maneka və Felipinyo (2) vurublar.

Milli A qrupunun ilk görüşündə səfərdə Rumıniyaya (1:3) məğlub olub.

Azərbaycan - Niderland 6:1
Qollar:
Vilela 2, 19, Qallo 8, Maneka 15, Felipinyo 18
20 sentyabr. Bakı İdman Sarayı. Saat 18:30
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Larisa Eleni Avramidou
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Sebastian Stauicki (Polşa)
UEFA nümayəndəsi: Avi Levi (İsrail)

Azərbaycan: Emin Kürdov, Edu, Rafael Vilela, Felipinyo, Amadeu - Rövşən Hüseynli, Xətai Bağırov, Eduardo, Maneka, Xəzər Ağalızadə, Novruz Qazıxanov, Hadi Ahmadi, Amir Şocai, Qallo, Oqtay Rüstəmli

Xəbər Lenti
29 Aprel 17:20 Nə istəyirsiz ondan?
29 Aprel 16:50 Çək və bizə göndər!
29 Aprel 12:40 "Qarabağ" SUSDU