“Baku Fire” MUM-u “mum“ etdi, adını Azərbaycan kubokunun finalına yazdırdı

21 May 2023 13:35 Futzal 461
“Baku Fire” MUM-u “mum“ etdi, adını Azərbaycan kubokunun finalına yazdırdı

Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, ilk matçda Yüksək Liqanın bürünc medalçısı “Baku Fire” Birinci Liqanın gümüş medalçısı MUM-la qarşılaşıb.

Aşağı dəstə təmsilçisi bir hissə müqavimət göstərə bilib. Belə ki, fasiləyə qədər tərəflər hərəyə 1 qol vurub.

İkinci hissə daha məhsuldar alınıb. Yüksək Liqa iştirakçısı daha 6 qol vurmaqla adını finala yazdıran ilk komanda olub – 7:1.

Günün ikinci oyununda isə Yüksək Liqanın gümüş medalçısı “Neftçi” İK İkinci Liqanın qalibi “Rəvan”la üz-üzə gəlib.

Hesabı aşağı dəstə komandası açıb. Amma fasiləyə qədər “Neftçi” İK rəqibini 3 dəfə məyus edib. İkinci hissədə də “Neftçi” üstün olub və dueli qələbə ilə başa vurub – 4:1.

Nəticədə komanda finala vəsiqə qazanıb və həlledici oyunda cari mövsümdə ən çox qarşılaşdığı komanda ilə – “Baku Fire”lə gücünü sınayacaq.

Xəbər Lenti