"Çempionatın səviyyəsinə kölgə salan komandaları buradan uzaqlaşdırdıq"

30 Sentyabr 2022 09:40 Futzal 379
"Çempionatın səviyyəsinə kölgə salan komandaları buradan uzaqlaşdırdıq"

Azərbaycan Futzal Federasiyası Birinci və İkinci Liqada komanda sayının azaldılmasının səbəbini açıqlayıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov Sportinfo.az-a bildirib ki, bu qərar yarışların səviyyəsini yüksəltmək məqsədi daşıyır:

«Ötən mövsüm gördük ki, bəzi komandalar ardıcıl olaraq bir turda meydana çıxmadı. Çempionatın əvvəlində, ortasında fəaliyyətini dayandıranlar oldu.

Elə iştirakçılar var idi ki, heç ehtiyat qapıçı forması tapmırdılar. Əlbəttə, federasiya olaraq bizə də istəyirik ki, iştirakçı sayı çox olsun.

Yəni, yarışların təşkilinə ayrılan büdcə azalmayıb. Atılan addım sırf keyfiyyətin artırılmasına xidmət edir. Ona görə də liqaların səviyyəsinə kölgə salan komandaları buradan uzaqlaşdırdıq».

Xəbər Lenti