"Səhvlərdən nəticə çıxarmaq lazımdır, əsas məsələ qabaqdadır”

21 Sentyabr 2022 00:40 Futzal 506
"Səhvlərdən nəticə çıxarmaq lazımdır, əsas məsələ qabaqdadır”

"Səhvlərdən nəticə çıxarmaq lazımdır".

Sportinfo.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Emin Kürdov səfərdə Qazaxıstana 3:5 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra federasiyanın rəsmi saytına açıqlamasında deyib.

38 yaşlı qolkiper qarşılaşmaya yaxşı başladıqlarını bildirib.

"Komandamızda itkilər var. Bəzi oyunçuların sənəd məsələlərində problemlər yaşanıb. Görüşə istədiyimiz heyətlə gələ bilmədik.

Amma yaxşı oyun alındı. Birinci hissədə yaxşı çıxış etdik. İlk matçdan sonra zədələnən oyunçularımız da oldu".

Kürdov Qazaxıstan seçməsinin güclü rəqib olduğunu söyləyib:

"Qarşıda dünya çempionatının seçmə mərhələ matçları var. Bunlar bizim üçün çox önəmlidir.

Oktyabrın 7-də Bakıda Polşa ilə qarşılaşacağıq. Əsas məsələ qabaqdadır. Azarkeşlərimizdə dəstək gözləyirik".

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar