
Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edəcək "Araz-Naxçıvan" heyətini daha bir oyunçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, ölkə çempionu braziliyalı Viktor Uqo Piresa ilə anlaşıb.
23 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Viktor Uqo Piresa son olaraq Qazaxıstanın "Atırau" klubunda çıxş edib. "Araz-Naxçıvan" daha əvvəl braziliyalı Mateus Katatau, Vitao və qapıçı Rövşən Hüseynli ilə sözləşmə bağlayıb.