“Hamımız darıxmışıq”

20 Yanvar 16:20 Futzal 205
“Hamımız darıxmışıq”

“Bilirəm ki, 20 yanvar Azərbaycan tarixində xüsusi bir gündür.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onlar heç vaxt unudulmayacaqlar”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Qallo deyib.

Milliləşdirilən oyunçu azfutzal.az saytına müsahibəsində komandanın Avropa çempionatına hazırlığını dəyərləndirib:

“Hər keçən gün daha da yaxşı oluruq. Təbii ki, hamımız Gürcüstanla keçirəcəyimiz oyuna köklənmişik. Son bir həftədə daha intensiv hazırlıq keçmişik.

Yoldaşlıq oyunu keçirməyimiz də yaxşı oldu. Zəif tərəflərimizi gördük və qısa vaxtda sürətli şəkildə aradan qaldırmağa çalışırıq”.

Qallo düşərgədə ab-havanın yüksək səviyyədə olduğunu və komandanın qitə birinciliyinə hazır olduğunu vurğulayıb:

“Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız çempionat üçün darıxmışıq. Əminəm ki, yaxşı çıxış edəcəyik və uğur qazanacağıq.

Bura o məqsədlə gəlmişik. Tapşırığımız məlumdur - minimum vəzifəmiz qrupdan çıxmaqdır. Məncə, komanda oyunlara hazırdır.

Düzdür, qarşıda daha 2 məşqimiz var. İndi ancaq taktiki planda və standartlar üzərində çalışırıq. İşimiz pis alınmır.

Hər məşq yaxşı olmaq baxımından bizə kömək edir. Xırda detallar qalıb ki, onu da tamamlayacağıq. Bu əsasən standartlarla bağlıdır”.

O bildirib ki, Avropa çempionatında zəif rəqib olmur: “Bura seçmə mərhələdə güclü olanlar qatılır. Çempionat buna görə digər qitələr üçün də maraqlıdır.

Azərbaycan millisinin formasını geyinməkdən, bu komanda ilə uğur qazanmaq üçün mübarizə aparmaqdan məmnunam.

Qrupumuzda fərqli oyun üslubuna və gücə malik komandalar yer alıb. Biz keçirdiyimiz son yoldaşlıq görüşərində yaxşı nəticələr qazana bilməsək də, rəsmi matçlarda bunları unutduracağıq”.

Millimizin üzvünün sözlərinə görə, turnirin daha çox komandanın iştirakı ilə keçirilməsi marağı artıran məqamdır:

“Futzal bayramı daha çox müddəti əhatə edəcək, Oyunlar arasında fasilə - deməli, bərpa və hazırlaşmaq müddəti də çox olacaq”.

D qrupunda yer alan Azərbaycan millisi Gürcüstanla yanvarın 22-də üz-üzə gələcək. Yanvarın 26-da rəqib İspaniya, Yanvarın 29-da isə Bosniya və Herseqovina olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 10:40 Sərfəli və münasib
17 May 00:20 Beyl "Real"dan gedir