“Hər üçü bizə tanışdır, güclülərlə bir qrupa düşmüşük”

20 Oktyabr 2021 21:20 Futzal 394
“Hər üçü bizə tanışdır, güclülərlə bir qrupa düşmüşük”

“Hər 3 komanda tanışdır. Hamısı ilə istər rəsmi, istərsə də yoldaşlıq oyunlarında qarşılaşmışıq.

Güclü komandalarla bir qrupda yer aldığımızı düşünürəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsinin püşkatması barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.

42 yaşlı oyunçu rəqiblərdən Gürcüstanı xüsusi qeyd etmək istədiyini söyləyib:

"Bu komanda son illərdə yüksəlişdədir. Hələ 2018-ci ildə pley-offlarda uduzmaqla final mərhələsində debüt etmək imkanını qaçırdılar.

Heyətlərində braziliyalı futzalçılar çoxluq təşkil edir. Bu cür hazırlıq onların hədəflərinin daha yüksək yerlər olduğunu göstərir".

Azərbaycan millisi final mərhələsində Gürcüstan, İspaniya, Bosniya və Herseqovina ilə birlikdə D qrupunda mübarizə aparacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı