"Araz Naxçıvan"ın ÇL-də rəqibləri məlum oldu

7 İyul 2021 16:40 Futzal 1 518
"Araz Naxçıvan"ın ÇL-də rəqibləri məlum oldu

Bu gün futzal üzrə UEFA Çempionlar Liqasında ilkin mərhələnin püşkü atılıb.

Sportinfo.az xəbər verir ki, "Araz Naxçıvan"ın rəqibləri bəlli olub.

Joze Alesio Da Silvanın baş məşqi olduğu Azərbaycan təmsilçisi F qrupunda "Raba" (Latviya), "Kampuksen Dinamo" (Finlandiya) və "Europa" (Cəbəllüratiq) ilə üz-üzə gələcək.

İlkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Avqustun 20-dən 25-dək keçiriləcək oyunlar Almaniya, İsveçrə, Şimali Makedoniya, Yunanıstan, Estoniya, Latviya, Albaniya və Monteneqroda təşkil ediləcək.

"Araz Naxçıvan" qarşılaşmalarını Latviyada oynayacaq.

8 qrupun qalibi və ən yaxşı 2-ci yer sahibi əsas mərhələyə yüksələcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR