"Azərbaycan yığmasına 30 min dollar veriblər? Heyrətamiz!"

12 May 2021 20:00 Futzal 815
"Azərbaycan yığmasına 30 min dollar veriblər? Heyrətamiz!"

"30 min? Heyrətamiz. Bizdə daha azdır".

Sportinfo.az xəbər verir ki, bu sözlər futzal üzrə Slovakiya yığmasının kapitanı Tomaş Draxovskiyə məxsusdur,

Avropanın da ən yaxşı futzalçılardan sayılan, İspaniyada legioner həyatı yaşayan hücumçu millimizlə qrup lideri uğrunda mübarizədə uduzmalarından söz açarkən, mükafat məsələsi ilə bağlı sualı cavablayıb.

Məsələ ondadır ki, moldovalı həmkalarımız 3-ci qrupda yer alan yığmamıza Avropa çempionatının final mərhələsinə vəsiqəyə görə 30 min dollar mükafat verildiyini iddia edir.

Bundan xəbərsiz olan Draxovski məbləğin 10 min avro/dollar olduğunu ehtimal edib:

"Avropa çempionatına çıxmaq üçün bizə 14 min avrodan bir qədər çox məbləğ vəd olunmuşdu. Ancaq bu, bütün komandaya aid idi".

Xəbər Lenti