Millimizdən Yunanıstana 4 cavabsız qol

14 Aprel 2021 20:30 Futzal 1 298
Millimizdən Yunanıstana 4 cavabsız qol

Futzal üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində son matçına çıxıb.

Bakı İdman Sarayındakı qarşılaşmada yığmamızın rəqibi Yunanıstan olub. V qrupun formal xarakter daşıyan son görüşü millimizin qələbəsi ilə başa çatıb.

Bu matçdan asılı olmayaraq AVRO-2022-yə vəsiqəni 1-ci yerin sahibi kimi təmin edən millimiz Ellada təmsilçisinin qapısından 4 cavabsız top keçirib. Bununla da yığmamız seçmə mərhələni məğlubiyyətsiz, 16 xalla başa vurub.

Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, V tur
14 aprel
19:00. Azərbaycan – Yunanıstan - 4:0

Qollar: Fineo, 2:14, Panagiotis Gousis, 13:10 (avtoqol), İsa Atayev, 15:23, Ramiz Çovdarov, 24:03
Hakimlər: Yaroslav Vovçok (Ukrayna), Yevhen Hordiienko (Ukrayna), Knyaz Əmiraslanov (Azərbaycan)
Bakı İdman Sarayı

1

Azərbaycan

6

5

1

0

22-6

16

2

Slovakiya

6

3

2

1

21-9

11

3

Moldova

6

1

2

3

14-22

5

4

Yunanıstan

6

0

1

5

4-24

1

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA