Baş məşqçi öncə hesabat, sonra Futzal Federasiyasının rəhbərliyi mükafat verəcək

12 Aprel 2021 19:00 Futzal 700
Baş məşqçi öncə hesabat, sonra Futzal Federasiyasının rəhbərliyi mükafat verəcək

Futzal üzrə Azərbaycan millisi aprelin 8-də növbəti oyununu keçirdi.

Yığmamız Avropa çempionatının seçmə mərhələsində Slovakiya ilə səfərdə qarşılaşdı.

Bu, V qrupda mübarizə aparan komandamızın 5-ci matçı olub. Keçirdiyi ilk 4 matçda qalib gələn Joze Alesionun yetirmələri bu dəfə heç-heçəyə imza aıtb.

Bu bərabərlik millimizə qrup qalibi adını təmin etmək imkanı verib. AVRO-2022-yə vəsiqəni öncədən təmin edən komandamız izləyiciləri üçün əlçatmaz olub.

Azərbaycan Futzal Federasiyasının rəhbərliyi əldə olunan uğuru qiymətləndirəcək. Bu barədə Sportinfo.az-a qurumun mətbuat xidmətinin rəisi Mahal Məmmədov məlumat verib:

«Qrup mərhələsinin oyunlarından əvvəl rəhbərlik komandanın qarşısına konkret tapşırıq qoymuşdu: Avropa çempionatının final mərhələsinə qrup qalibi kimi çıxmaq.

Bildirilmişdi ki, məqsədə nail olacaqları təqdirdə, komanda üzvlərinə həvəsləndirici mükafat veriləcək.

Bildiyim qədərilə, bu, hər bir idman növündə var.

Duzdur, milli qarşıya qoyulan tapşırığı uğurla icra edib, amma hələ qarşıda bir oyunumuz – Yunanstanla qarşılaşma var.

Bu görüşdən sonra komandanın ümumi çıxışı müzakirə olunacaq, baş məşqçi hesabat verəcək.

Mükafat da ona uyğun veriləcək. Ancaq məbləğlə bağlı konkret heç bir rəqəm səsləndirilməyib.

Futzalda mükafat hər bir oyuna görə deyil, qrup mərhələsinin yekununda qazanılan nəticəyə görə verilir».

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!