Millinin Yunanıstanla oyunu canlı yayımda

12 Aprel 2021 18:20 Futzal 1 884
Millinin Yunanıstanla oyunu canlı yayımda

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində millimizin yer aldığı 3-cü qrupda keçiriləcək Azərbaycan - Yunanıstan oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.

Sportinfo.az xəbər verir ki, aprelin 14-ü Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.

Aktivində 13 xal olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

İndiyə qədər millimiz 5 dəfə (2010, 2012, 2014, 2016 və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"