Azərbaycan millisi: Gözlə bizi, gəlirik! - FOTOREPORTAJ

9 Aprel 2021 09:20 Futzal 3 143
Azərbaycan millisi: Gözlə bizi, gəlirik! - FOTOREPORTAJ

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 3-cü qrupdakı beşinçi sınağında səfərdə Slovakiya ilə qarşılaşıb.

Levitse İdman Sarayındakı görüş 1:1 hesabı ilə başa çatıb.

Matçda ilk qolu 15-ci dəqiqədə slovakiyalıların heyətində Martin Doşa vurub. Azərbaycan millisi görüşün başa çatmasına 31 saniyə qalmış hesabı bərabərləşdirərək məğlubiyyətdən qaçıb. Yığmanın heyətində Everton Kardozo fərqlənib.

Bu heç-heçədən sonra xallarını 13-ə çatdıran Azərbaycan yığması qrup liderliyini təmin edib. Slovakiya isə 8 xalla 2-ci pillədə qalıb.

Bu qrupun digər matçında autsayder Yunanıstan aprelin 9-da Moldova yığmasını qəbul edəcək.

Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstan seçməsinə qarşı keçirəcək.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı