"Bunu edə bilsək, Azərbaycan millisinə qalib gələrik"

6 Aprel 2021 21:20 Futzal 1 719
"Bunu edə bilsək, Azərbaycan millisinə qalib gələrik"

"Hər şey öz əlimizdədir. Bunu sübut edə bilərik. Komanda tamamilə qarşıdakı oyunlara köklənib".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Slovakiya yığmasının baş məşqçisi Marian Berki Avropa çempionatının seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi federasiyanın rəsmi saytına müsahibəsində deyib.

Mütəxəssis bildirib ki, hazırda onu daha çox öz komandasının oyunu maraqlandırır:

"Görək, rəqib meydana hansı heyətlə çıxacaq. Amma biz öz oyunumuzu sərgiləmək istəyirik. Bunu edə bilsək, qalib gələrik. Azərbaycan millisinə qarşı müdafiədən oynayacağıq. Çünki, ilk növbədə, qapımızı qorumalıyıq".

Berkinin sözlərinə görə, Azərbaycan və Moldova ilə görüşlərin xaritəsi artıq tərtib olunub: "Əvvəlki oyunlarımızda etdiyimiz səhvləri düzəltməliyik.

Oyunçular müdafiədə yaxşı çıxış etdiyimizi bilirlər. Bu halda hücumda effektivliyi artırmaq lazımdır. Çünki kifayət qədər qol şansımız olur, sadəcə yararlana bilmirik".

Azərbaycan Slovakiya ilə aprelin 8-də səfərdə qarşılaşacaq. Qrupda son oyun isə aprelin 14-də Bakıda Yunanıstana qarşı olacaq.

Yığma artıq qrup liderliyini təmin edərək, tarixində 6-cı dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Slovakiya seçməsi isə 7 xalla 2-ci pillədə qərarlaşıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı