Millimizə icazə verildi

20 Mart 2021 00:42 Futzal 824
Millimizə icazə verildi

Futzal üzrə Azərbaycan millisi ölkədə tətbiq olunan xüsusi karantin rejiminə baxmayaraq, Avropa çempionatının seçmə mərhələsinin Slovakiya və Yunanıstanla oyunlarına hazırlaşa biləcək.

Sportinfo.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah yığmanın zalda məşq etməsinə icazə verib.

Joze Alesio Da Silvanın başçılıq etdiyi kollektiv aprelin 8-də səfərdə Slovakiya, 6 gün sonra isə Bakıda Yunanıstanla qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!