"İndi Azərbaycan yığmasında olan legionerlər əvvəlkilərdən çox zəifdir"

12 Mart 2021 11:20 Futzal 1 269
"İndi Azərbaycan yığmasında olan legionerlər əvvəlkilərdən çox zəifdir"

"Əvvəllər bu, müsbət hal sayılırdı, çünki yerli oyunçular səviyyələrini artırmaq üçün kimdənsə öyrənməli idi".

Sportinfo.az xəbər verir ki, bu fikirlər Rusiyada çalışan azərbaycanlı məşqçi Elnur Vəliyevə aiddir.

O, futzal üzrə Azərbaycan millisinin heyətində braziliyalıların sayının çox olmasının səbəbləri haqda bunları söyləyib:

"Bu iş üçün ən yaxşı variant braziliyalılardır. İlk vaxtlarda ölkədə daha yaxşı legionerlər gətirib, onları milliləşdirmişdilər. İndikilər isə onlar kimi deyil.

Serjao və Biro Jade kimi braziliyalıların dövründə yığma Avropa çempionatının yarımfinalına çıxdı. Hazırkı əcnəbilər isə açıq-aşkar onlardan zəifdir".

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!