"Tərbiyəm imkan verməzdi ki, xanım yeri silsin, mən də baxım" - VİDEO

10 Mart 2021 23:00 Futzal 1 053
"Tərbiyəm imkan verməzdi ki, xanım yeri silsin, mən də baxım" - VİDEO

Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova ilə keçirilən matçda nümunəvi hərəkəti ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı futzalçı ilk hissədə rəqiblə mübarizədə yerə yıxılıb və daha sonra kənarda bərpa məşqi edib.

Bu zaman arenanın təmizlik işçisi meydana daxil olaraq, yeri silmək istəyib. Bu anda millimizin üzvü xadimənin əlindən döşəməsiləni alaraq yeri özü silib.

Hüseynli "report"a açıqlamasında təmizlik işçisinin döşəməni silməsinə imkan verməməsinin səbəbini söyləyib.

Təcrübəli oyunçu bunu Azərbaycan mentaliteti və aldığı tərbiyə ilə əlaqələndirib: "Damarımızda azərbaycanlı qanı axır. Bizdə böyüklərə, xüsusilə də qadınlara hörmət əsasdır.

O da bir xanım və yaşca məndən böyük idi. Mədəniyyətim, tərbiyəm buna imkan verməzdi ki, həmin qadın gözümün qarşısında yeri silsin, mən də tamaşa edim".

Rövşən Hüseynli komandasının 5:3 hesablı qələbə qazandığı matçda xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib. O, ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.

Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi meydana daxil olaraq, yeri silmək istəyib. Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.

Xəbər Lenti