Azərbaycan 6-cı dəfə Avropaya SƏS SALDI

10 Mart 2021 21:20 Futzal 1 550
Azərbaycan 6-cı dəfə Avropaya SƏS SALDI

Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Sportinfo.az xəbər verir ki, Joze Alesionun yetirmələri Moldova ilə oyunda qazanılan qələbə sayəsində 6-cı dəfə bu hüquqa yiyələnib.

Aktivində 12 xal olan komandamız 3-cü qrupun lideridir. Millimiz ən azı ilk iki pilləni təmin edib. Bu isə yığmamıza həlledici raunda yüksəlmək imkanı verir.

Komandamızdan başqa, Xorvatiya, İtaliya, Rusiya və İspaniya da final mərhələsinə vəsiqəni təmin edib.

Futzalçılarımız moldovalılara 5:3 hesabı ilə qalib gəlib.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"