Azərbaycanlı qapıçı xadimədən döşəməsiləni aldı, yeri özü sildi - VİDEO

10 Mart 2021 11:20 Futzal 1 297
Azərbaycanlı qapıçı xadimədən döşəməsiləni aldı, yeri özü sildi - VİDEO

Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının seçmə mərhələsinin Moldova ilə səfər oyununda inamlı çıxışı ilə yanaşı, xanıma qarşı ibrətamiz davranışı ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı kiper ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış rəqib oyunçunun zərbəsinin qarşısını alarkən yerə yıxılıb.

Tezliklə ayağa qalxan Hüseynli bərpa məşqi etdiyi vaxt kənarda əyləşən təmizlik işçisi dərhal meydana daxil olaraq, yeri silmək istəyib.

Bu zaman millinin qapıçısı dərhal xadimənin əlindən döşəməsiləni alıb və bu işi özü görüb.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!