"Azərbaycan millisi dünyanın ən yaxşılarından biridir"

10 Mart 2021 11:00 Futzal 1 901
"Azərbaycan millisi dünyanın ən yaxşılarından biridir"

"Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq.

Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşq etmişdik.

Həqiqətən də mütəmadi olaraq Avropa çempionatının final mərhələsində çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq".

Sportinfo.az xəbər verir ki, bu fikirləri futzal üzrə Moldova millisinin baş məşqçisi Vladimir Vusatıy evdə Azərbaycana 3:5 hesabı ilə uduzduqlar Avropa çempionatının seçmə mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Komandasının istəkli olduğunu söyləyən 67 yaşlı mütəxəsiss fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdiklərini bildirib:

"Amma xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək. Hələ oyundan əvvəl uşaqlara tapşırdım ki, diqqətli olun, imkanlardan düzgün istifadə edin".

Moldova millisinin final mərhələsinə çıxmaq şanslarını dəyərləndirən Vusatıy çətin vəziyyətə düşdüklərini vurğulayıb:

"İki oyunumuz qalıb, amma heyətlə bağlı problemlərimiz yaranıb. Laşku qırmızı vərəqə aldı və biz aparıcı oyunçumuzu itirdik. Çalışacağıq ki, Slovakiya ilə görüşdə məsələni xeyrimizə həll edək".

Xəbər Lenti